Azərbaycan şahmatçıları “Sharjah Masters”də

Xəbərlər
14 May 2025 16:57
48
Azərbaycan şahmatçıları “Sharjah Masters”də

Mayın 17-də BƏƏ-də “Sharjah Masters” beynəlxalq şahmat turniri start götürəcək.

İdman.biz xəbər verir ki, A əsas yarışında üç azərbaycanlı qrossmeyster - Məhəmməd Muradlı, Əhməd Əhmədzadə və Read Səmədov çıxış edəcək.

Turnirin reytinq favoriti Nodirbek Abdusattorovdur (Özbəkistan), ardınca Aniş Giri (Niderland) və Parham Maqsudlu (İran) gəlir.

Azərbaycanın daha bir təmsilçisi Gövhər Beydullayeva B turnirində mübarizə aparacaq.

İdman.biz