Şahmat Əfqanıstanda qadağan edilib

Xəbərlər
10 May 2025 21:07
39
Şahmat Əfqanıstanda qadağan edilib

Əfqanıstanda rəsmi olaraq şahmat oynamaq qadağan edilib.

İdman.biz xəbər verir ki, hakimiyyətdə olan “Taliban” hərəkatı bu barədə qərar çıxarıb.

Qərarda şahmatın İslam normalarına zidd olduğunu bəyan edilib. Onun qumar oyunu olduğu və əfqanların dini inancı ilə uyğun gəlmədiyi bildirilib.

Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi ölkədə hər hansı şahmat yarışı keçirilmədiyini vurğulayıb.

İdman.biz