"Baku Open" turnirinin qalibi müəyyənləşib - YENİLƏNİB

Xəbərlər
6 May 2025 16:33
87
"Baku Open" turnirinin qalibi müəyyənləşib - YENİLƏNİB

“Baku Open” şahmat festivalı bu gün başa çatır.

İdman.biz xəbər verir ki, son tur öncəsi Aleksandar İnciç yarışın lideri olub.

Serbiyalı ikinci yerdə qərarlaşan gürcüstanlı Baadur Cobavanı yarım xal qabaqlayıb. Hər iki şahmatçının axırıncı turdakı oyunları heç-heçə başa çatıb. Nəticədə İnciç rəqibləri üçün əlçatmaz olaraq "Baku Open"in qalibi adını qazanıb.

Son turdan əvvəl hərəyə 5,5 xalı olan Azərbaycan şahmatçıları Murad İbrahimli, Məhəmməd Muradlı və Aydın Süleymanlı da ilk "üçlük"də yer almaq üçün mübarizə aparırlar.

Xəzər Babazadə və Misrətdin İskəndərov isə liderlərlə son qarşılaşmalarını heç-heçə başa vuraraq xallarını 6-ya çatdırıblar.

Doqquzuncu turun ən çox maraq doğuran oyunları:

Misrətdin İskəndərov - Aleksandar İnciç (Serbiya) - 0,5:0,5
Baadur Cobava (Gürcüstan) - Xəzər Babazadə - 0,5:0,5
Vahap Sanal (Türkiyə) - Aydın Süleymanlı
Məhəmməd Muradlı - Murad İbrahimli
Əhməd Əhmədzadə - Aditya Mittal (Hindistan)

Turnir cədvəli:
Aleksandar İncic (Serbiya) - 7 xal, Baadur Jobava (Gürcüstan) - 6,5, Xəzər Babazadə, Misrətdin İskəndərov - hərəyə 6, Murad İbrahimli, Məhəmməd Muradlı, Aydın Süleymanlı - hərəyə 5,5...

***

09:00

“Baku Open” şahmat festivalı bu gün başa çatacaq.

İdman.biz xəbər verir ki, son tur öncəsi Aleksandar İnciç liderdir.

Serbiyalı şahmatçı ikinci yerdə qərarlaşan gürcüstanlı Baadur Cobavanı yarım xal qabaqlayır.

Sonrakı yerlərdə hərəyə 5,5 xal toplamış beş azərbaycanlı şahmatçılar - Xəzər Babazadə, Murad İbrahimli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Misrətdin İskəndərov qərarlaşıblar.

Doqquzuncu turun ən maraqlı oyunları:

Misrətdin İskəndərov - Aleksandar İncic (Serbiya)
Baadur Cobava (Gürcüstan) - Xəzər Babazadə
Vahap Sanal (Türkiyə) - Aydın Süleymanlı
Məhəmməd Muradlı - Murad İbrahimli
Əhməd Əhmədzadə - Aditya Mittal (Hindistan)

Son tur öncəsi turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Aleksandar İnciç (Serbiya) - 6,5 xal, 2. Baadur Cobava (Gürcüstan) - 6, 3. Xəzər Babazadə, 4. Murad İbrahimli, 5. Məhəmməd Muradlı, 6. Aydın Süleymanlı, 7. Misrətdin İskəndərov - 5,5...

İdman.biz