Bu gün “Baku Open” şahmat festivalında VIII turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, son 7 turun oyunlarında Məhəmməd Muradlı və Aydın Süleymanlı hərəyə 5 xal toplayıblar.
Xal hesabında Azərbaycan qrossmeysterlərini liderdən bir qələbə ayırır. Turnirə Avropa çempionu Aleksandr İndjiç başçılıq edir. İkinci yerdə isə gürcü Baadur Cobava qərarlaşıb.
“Baku Open”
VIII tur
5 may
Aleksandar İndjiç (Serbiya) - Baadur Jobava (Gürcüstan)
Aydın Süleymanlı – Məhəmməd Muradlı
Murad İbrahimli - Nicat Abasov
Aditya Mittal (Hindistan) - Mixail Brodski (Ukrayna)
Read Səmədov – Əhməd Əhmədzadə
Xəzər Babazadə – A.İlamparti (Hindistan)
Yeddi turdan sonra turnir cədvəli: 1. Aleksandar İndziç (Serbiya) - 6 xal, 2. Baadur Jobava (Gürcüstan) - 5,5, 3. Məhəmməd Muradlı, 4. Aydın Süleymanlı - hərəyə 5 xal.
Qeyd edək ki, “Baku Open”in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı iştirak edir.
İdman.biz