Bu gün “Baku Open” şahmat festivalında beşinci turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, yarışın vahid lideri Məhəmməd Muradlı məğlub olub.
Dörd oyunda dörd qələbə qazanan azərbaycanlı qrossmeyster Avropa çempionu Aleksandar İnciç (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan rəqib şahmatçı 4,5 xalla 1-ci pilləyə yüksəlib. Muradlı ikincidir.
"Baku Open"in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı çıxış edir.
Beşinci turun ən çox maraq doğuran görüşləri:
Aleksandar İnciç (Serbiya) - Məhəmməd Muradlı - 1:0
Baadur Cobava (Gürcüstan) - Read Səmədov - 0,5:0,5
Vakhap Sanal (Türkiyə) - Xəzər Babazadə - 0,5:0,5
Şiroğlan Talıbov - Aditya Mittal (Hindistan) - 0:1
Misrətdin İskəndərov - Q. Harşavadhan (Hindistan) - 0,5:0,5
A. İllamparti (Hindistan) - Murad İbrahimli - 0,5:0,5
S. Asvat (Hindistan) - Aydın Süleymanlı - 0:1
Əhməd Əhmədazdə - Aqil İsrailov - 1:0
Dörd turdan sonra turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Aleksandar İnciç (Serbiya) - 4,5 xal, 2. Məhəmməd Muradlı - 4, 3. Xəzər Babazadə, 4. Murad İbrahimli, 5. S. Asvat (Hindistan), 6. Aydın Süleymanlı, 8. Misrətdin İskəndərov, 14. Əhməd Əhmədazdə, Raed Səmədov - hərəyə 3,5 xal...
İdman.biz