Azərbaycan şahmatçısı Manisada liderə çatıb

24 Aprel 2025 12:08
402
Azərbaycan şahmatçısı Manisada liderə çatıb

Azərbaycan şahmatçısı Elnur Əliyev Türkiyənin Manisa şəhərində keçirilən beynəlxalq turnirdə liderə çatıb.

İdman.biz xəbər verir ki, o, 4-cü turda Hamidreza İbrahimiyə (İran) qalib gəlib və hazırda hesabında 3,5 xal var.

Bu nəticə ilə Əliyev yalnız əlavə göstəricilərdə geri qaldığı yarışın lideri Mehdi Qulamiyə (İran) çatıb.

Beşinci yerdə olan Xəzər Babazadə onlardan yarım xal geri qalır.

İdman.biz

Məqalədə: