"Təmsilçimiz Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparır. Bu artıq çox böyük uğurdur onun üçün".
Bu haqda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İdman.biz-in müxbirinə açıqlamasında Bakıda keçirilən şahmat üzrə Dünya kubokundan və şahmatçımız Nicat Abasovun bu yarışda uğurlu çıxışından danışarkən deyib.
"Bu yarışda 18 şahmatçımız iştirak edib. Bu cür yarışların yüksək səviyyədə keçirilməsi Azərbaycan şahmatının səviyyəsini göstərir. Böyük bir yarışdır. 2015-ci ildə bir dəfə təşkil olunub. Və artıq biz bu cür yarışı ikinci dəfə keçiririk", - nazir əlavə edib.
Fərəc
İdman.biz