Şahmatçılarımız Daşkənd turnirində

Xəbərlər
19 Mart 2025 12:55
75
Şahmatçılarımız Daşkənd turnirində

Sabah Daşkənddə Mərkəzi Asiyanın ilk qrossmeysteri Georgi Ağzamovun Memorialı start götürəcək.

İdman.biz xəbər verir ki, Özbəkistanın paytaxtında 22 ölkədən 189 şahmatçı mübarizə aparacaq.

Onların arasında Azərbaycan şahmatçıları Eltac Səfərli və Rəvan Əliyev də var.

Güclü iştirakçılar toplayan turnirin reytinq favoriti hindistanlı Nihal Sareendir.

İdman.biz