Nicat Abasov “Sabah Chess Cup”ın qalibi olub - FOTO

Xəbərlər
7 Mart 2025 11:54
148
Nicat Abasov “Sabah Chess Cup”ın qalibi olub - FOTO

“Sabah” Şahmat Akademiyası 1 yaşının tamam olması münasibətiylə “Sabah Chess Cup” rapid turniri keçirib.

İdman.biz xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Bridge Group” Şirkətinin təsisçisi Yaqub Hüseynov, eləcə də “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.

Turnirdə şahmat üzrə son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, milli komandanın üzvləri Nicat Abasov, Gövhər Beydullayeva, Avropa çempionu Qədir Hüseynov və digərləri mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi hamıdan çox xal toplayan Nicat Abasov olub. Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.

İdman.biz