Teymur Rəcəbovun səhhətində problem yaranıb

Xəbərlər
13 Fevral 2025 14:39
141
Teymur Rəcəbovun səhhətində problem yaranıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

İdman.biz xəbər verir ki, 37 yaşlı qrossmeyster bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.

Qeyd edək ki, Rəcəbov üçüncü yer uğrunda Misrətdin İskəndərovla qarşılaşmalı idi.

İdman.biz