Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov bir gün öncə qara fiqurlarla məğlub etdiyi Misrətdin İsgəndərovu sınağa çəkəcək.
Ona finala çıxmaq üçün heç-heçə də kifayət edəcək.
Digər yarımfinal cütlüyündə Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək. İlk oyunda "sülh" qeydə alındığından cavab matçı cütün taleyini həll edə bilər.
Qadınların yarışında yarımfinalda Günay Məmmədzadə ilk qarşılaşmada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Digər görüşdə Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva qüvvələrini sınayacaqlar. Onların ilk oyunu heç-heçə nəticələnib.
İdman.biz