Azərbaycan şahmatçısı Xaqan Əhməd Şarm Əl-Şeyxdə (Misir) davam edən 8 yaşından 12 yaşadək uşaqlar arasında dünya çempionatında ikinci pillədəki yerini qoruyub.
İdman.biz-in məlumatına görə, o, VIII turda 12 yaşa qədər iştirakçılar arasında turnir cədvəlinin lideri Dui Dao ilə görüşüb.
Milli üzvü çinliyə qarşı qara fiqurlarla oynadığı oyun heç-heçə başa çatıb. Nəticədə rəqiblər öz yerlərində qaldılar - Dao 7 xalla birinci yeri qoruyub, Xaqan isə ondan 1 xal geri qalaraq ikincidir.
Eyni - U-12 kateqoriyasında Paşam Əlizadə kanadalı Aaron Mendezə uduzub. Əlizadənin 5 xalı var və 10-cu yerdədir.
Zəki Feyzullayev
İdman.biz