Azərbaycan şahmatçıları Nyu-Yorkda: birinci gün - FOTO

Xəbərlər
27 Dekabr 2024 12:06
187
Azərbaycan şahmatçıları Nyu-Yorkda: birinci gün - FOTO

Nyu-Yorkda (ABŞ) rapid və blits üzrə dünya çempionatı start götürüb.

İdman.biz yarışın ilk günündən hazırlanmış fotoreportajı təqdim edir.

Fotokameralar Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Eltac Səfərli, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın keçirdiyi oyunları çəkib.

İlk gündə rapiddə beş tur oynanılıb. Açıq yarışın startında şahmatçılarımızdan ən çox xalları Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qazanıb. Onların hər biri 3,5 xalla, müvafiq olaraq, 17-ci və 24-cü yerlərdə qərarlaşıblar.

Qadınların yarışında rapiddə 4 tur oynanılıb. Günay Məmmədzadə oyuna daha yaxşı başlayıb: o, 3,5 xal toplayaraq 2-6-cı yerləri bölüşür.

Dünya çempionatında 300-ə yaxın (180 kişi, 109 qadın) şahmatçı mübarizə aparır.

Azərbaycanı çempionatda 15 şahmatçı təmsil edir: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.

Dünya çempionatının mükafat fondu 1,5 milyon dollar təşkil edir.

İdman.biz