Eltac almaniyalı rəqibini mat edib

Xəbərlər
15 Dekabr 2024 18:09
119
Eltac almaniyalı rəqibini mat edib

Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirin 6-cı turunu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, o, ardıcıl iki heç-heçədən sonra bu gün almaniyalı Marius Fromma qalib gəlib.

Bu nəticədən sonra Eltac liderlər qrupundakı mövqeyini bir az da möhkəmlədib. Səfərli 5 xal toplayan 5 şahmatçı arasında 2-ci pillədə qərarlaşıb.

Qrossmeysterimiz bu gün 7-ci tur çərçivəsində daha bir oyunda qüvvəsini sınayacaq. Onun rəqibi Momçil Petkov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, turnirin reqlamentinə əsasən, şahmatçılar bu gün iki oyun keçirəcəklər.

İdman.biz