Aydın Süleymanlı Macarıstanın Budapeşt şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında topladığı xallara görə Azərbaycan komandasının lideridir.
İdman.biz xəbər verir ki, birinci lövhədə çıxış edən qrossmeyster hazırda 7 oyun keçirib və 5 xal toplayıb.
Əgər “oyunlar-xallar” nisbətindən danışsaq, Şəhriyar Məmmədyarovun effektivliyini qeyd etmək olar: 5 oyunda 4 xal.
Kişilərdən ibarət Azərbaycan yığması 8 turdan sonra 10 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.
Qadınlardan ibarət yığmamıza gəlincə, Gövhər Beydullayeva 6 oyundan 5 xal toplayaraq komandada birinciliyini qoruyur.
10 xal toplayan qadınlarımız Olimpiadada 19-cu yerdədir.
İdman.biz