Avropa klubları kubokunda ilk məğlubiyyət

Xəbərlər
3 Oktyabr 2023 23:45
110
Avropa klubları kubokunda ilk məğlubiyyət

“Vüqar Həşimov” şahmat komandası Avropa klubları kubokunda ilk məğlubiyyətini alıb.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyanın “Superchess” komandasına uduzub.

Turnirin favoriti sayılan rəqiblə görüş gərgin keçib. Altı partiyadan beşində heç-heçə qeydə alınıb. Yalnız üçüncü lövhədə Vüqar Əsədlinin məğlub olması komandamızı xalsız qoyub. “Supechess” 3,5:2,5 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra hesabında 4 xal olan “Vüqar Həşimov” 13-cü pillədə qərarlaşıb.

İdman.biz