Dünya çempionatına Nyu-York evsahibliyi edəcək

Xəbərlər
18 İyun 2024 00:21
102
Dünya çempionatına Nyu-York evsahibliyi edəcək

Şahmatın rapid və blits növləri üzrə dünya çempionatının təşkilatçı ölkəsi bəlli olub.

İdman.biz xəbər verir ki, mundial ilin sonunda Nyu-Yorkda keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb. Açıqlamada FİDE-nin dünya çempionatının Nyu-Yorkda təşkilini çoxdan arzu etdiyi bildirilib.

Qeyd edək ki, kişilərin mübarizəsində rapid və blits üzrə hazırki dünya çempionu norveçli Maqnus Karlsendir. Qadınların yarışında isə rusiyalılar Anastasiya Bondaruk rapid, Valentina Qunina isə bilts üzrə qalib olublar.

İdman.biz