Onlar Azərbaycanın ən güclüləridir - FOTO

Xəbərlər
13 İyun 2024 16:47
117
Onlar Azərbaycanın ən güclüləridir - FOTO

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə 8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən 9,5 xal toplayan Mətin Bəkirli 8 yaşadək oğlanlar arasında birinci yeri tutub.

Azad Xuduzadə (8 xal) və Əbəlfəz Səfərəlizadə (7,5 xal) müvafiq olaraq ikinci və üçüncü olub.

Qızların yarışında Nurgün Fəxrətzadə 9,5 xalla hamını qabaqlayaraq qızıl medal qazanıb. Mehin Talıbova (9 xal) və Yağmur Muradlı (8,5 xal) 2-3-cü yerlərdə qərarlaşıb.

11 turdan 8 xal toplayan Yasin Əzimov 10 yaşlı oğlanların yarışında qalib adını qazanıb. Müvafiq olaraq 7 və 6 xalı olan Səfa Hümmətovla Nurlan Əzizli gümüş və bürünc medalla kifayətlənib.

Eyni yaş kateqoriyasında qızların turnirində Səbirə Muradlı çempion olub. Eyni xala malik Xədicə Babazadə əlavə göstəricilərə görə ikinci yeri tutub. İlk “üçlüy”ü 7,5 xalla Məryəm Məmmədova qapayıb.

12 yaşlıların yarışında Əhməd Hüseynov 10 xalla qızıl medala layiq görülüb. Şəmsi Qaraxanovla (9 xal) Mirnamiq Ağazadə (8 xal) yarışı 2-3-cü yerlərdə başa vurub. 12 yaşlı qızların turnirində Zəhra Allahverdi (10 xal) çempionluq sevinci yaşayıb. 8,5 xalı olan Fatimə Mirzəliyeva gümüş, 8 xal toplayan Əsnad Baxşızadə bürünc medalçı olub.

Yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının I vitse-pezidenti Faiq Həsənov qalib və mükafatçıları təbrik edib, onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.

Ölkə çempionatlarında ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və medalları ilə təltif olunub. Çempionatın qalibləri müvafiq yaş qruplarında dünya çempionatına, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatına ezam ediləcək.

İdman.biz

Məqalədə: