Şahmatçılarımızdan maksimun nəticə

Xəbərlər
11 İyun 2024 19:32
859
Şahmatçılarımızdan maksimun nəticə

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 9-cu tura yekun vurulub.

İdman.biz xəbər verir ki, hesabat turu şahmatçılarmız üçün uğurlu alınıb.

Təmsilçilərimiz hindistanlı rəqiblərini mat ediblər. Nərmin Abdinova, Ayan Allahverdiyeva və Səbinə Rzalı qələbə qazanıb. Bu nəticələrdən sonra Nərmin və Ayan 6,5 xalla ilk 5-likdə yer alıblar. Səbinə Rzalının hesabında 5 xal var.

9-cu tur
V Rindhiya (Hindistan) – Ayan Allahverdiyeva – 0:1
Srekumar Anupam (Hindistan) – Nərmin Abdinova – 0:1
Səbina Rzalı – G Şivamşika (Hindistan) – 1:0

İdman.biz