Azərbaycan şahmatçıları BƏƏ-də keçirilən turnirdə top-15-ə daxil olublar

Xəbərlər
2 Sentyabr 2025 00:22
46
Azərbaycan şahmatçıları BƏƏ-də keçirilən turnirdə top-15-ə daxil olublar

Əl-Fuceyrədə (BƏƏ) beynəlxalq şahmat festivalı keçirilib.

İdman.biz xəbər verir ki, Aydın Süleymanlı və Məhəmməd Muradlı turnirdə Azərbaycanı əsas "superulduzlar" kateqoriyasında təmsil ediblər.

Turnirin nəticələrinə görə, Süleymanlı 5,5 xalla 11-ci, Muradlı isə 5 xal toplayaraq 14-cü yeri tutub.

Kateqoriyada ümumilikdə 44 şahmatçı iştirak edib. Yarışın qalibi hindistanlı qrossmeyster Pranav olub. Turnirin mükafat fondu 125 min dollar təşkil edib.

İdman.biz