AŞF-dən təqdirəlayiq addım - FOTO

Xəbərlər
1 İyun 2024 16:40
600
AŞF-dən təqdirəlayiq addım - FOTO

Azərbaycan Şahmat Federasiyası 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə 3 saylı Uşaq evini ziyarət edib.

İdman.biz xəbər verir ki, uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibətiylə təbrik edib.

AŞF adından balacalara şahmat dəstləri eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

İdman.biz

Məqalədə: