Naxçıvan şahmatçıları Malatyada fərqləniblər - FOTO

Xəbərlər
2 Sentyabr 2025 16:51
47
Naxçıvan şahmatçıları Malatyada fərqləniblər - FOTO

Türkiyənin Malatya şəhərində “Altın Kayısı” beynəlxalq açıq şahmat turniri keçirilib.

İdman.biz xəbər verir ki, 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 96-sı xarici və 390-ı yerli olmaqla, ümumilikdə 486 şahmatçı mübarizə aparıb.

Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.

Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk “onluğ”a düşərək mükafatçılar sırasında yer alıblar. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Komanda bu yarışda 20 idmançı ilə təmsil olunur.

İdman.biz