Ülviyyə Fətəliyeva kubokunu alıb, iki şahmatçımız üçün xüsusi mükafat - FOTO

Xəbərlər
30 Aprel 2024 11:11
405
Ülviyyə Fətəliyeva kubokunu alıb, iki şahmatçımız üçün xüsusi mükafat - FOTO

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə, həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

İdman.biz