Şahmat tacına ən gənc namizəd - Qukeş

Xəbərlər
22 Aprel 2024 20:37
Şahmat tacına ən gənc namizəd - Qukeş

Dommaradju Qukeş şahmat tacına ən gənc namizəd olub.

İdman.biz xəbər verir ki, hindistanlı zəka sahibi 17 yaşında dünya çempionu titulu uğrunda yarışacaq.

Bundan əvvəl ən gənc namizəd ünvanına Harri Kasparov olub. O, 1984-cü ildə 20 yaşında dünya çempionu tituluna İddiaçılar Turnirində qələbə qazanıb. Kasparov 1 il sonra dünya çempionu tituluna yiyələnib.

Qukeş Torontoda keçirilən yarışda 14 partiyadan sonra 9 xalla 1-ci yeri tutub. Hindistanlı şahmatçı finalda çinli Din Lijenlə üz-üzə gələcək.

Qeyd edək ki, azərbaycanlı şahmatçı Nicat Abasov İddiaçılar Turnirində 8-ci yeri tutub. O, 3,5 xal toplayıb.

İdman.biz