Ülviyyə Fətəliyevadan ardıcıl 3-cü qələbə

Xəbərlər
22 Aprel 2024 09:28
153
Ülviyyə Fətəliyevadan ardıcıl 3-cü qələbə

Qadın şahmatçılar arasında Avropa çempionatında III turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Rodos adasında keçirilən yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk 2 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva 3-cü qələbəsini qazanıb. Günay Məmmədzadə və Gövhər Beydullayeva ilk itki ilə üzləşərək turu yarım xalla başa vurublar. Ümumilikdə şahmatçılarımız günü 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyətlə yekunlaşdırıblar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar
III tur

Günay Məmmədzadə – Olqa Babiy (Ukrayna) – 0,5:0,5
Yuliya Antolak (Polşa) – Gövhər Beydullayeva – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Beloslava Krasteva (Bolqarıstan) – 1:0
Xanım Balacayeva – Laura Şultse (Almaniya) – 0,5:0,5
Bodhara Sinanvandhan (İngiltərə) – Gülnar Məmmədova – 0,5:0,5
Ləman Hacıyeva – Lilit Mkrtçan (Ermənistan) – 0:1
Nərmin Abdinova – Aleksandra Lax (Polşa) – 0:1
Yekaterini Pavlidey (Yunanıstan) – Səbina Rzalı – 0,5:0,5
Yohanna Blyubaum (Almaniya) – Səbina İbrahimova – 0:1
Ayan Allahverdiyeva – Sofiya Silva (Portuqaliya) – 1:0

Xal durumu: 1. Klaudia Kulon (Polşa) – 3 xal... 6. Ülviyyə Fətəliyeva – 3, 10-12. Günay Məmmədzadə - 2,5, 13. Gövhər Bəydullayeva - 2,5, 56-58. Xanım Balacayeva - 2, 65. Səbinə İbrahimova - 2, 74. Ayan Allahverdiyeva - 2, 75-76. Gülnar Məmmədova - 2, 91. Səbina Rzalı - 1,5, 124-125. Nərmin Abdinova – 1, 131. Ləman Hacıyeva – 1.

İdman.biz