Azərbaycan çempionatında liderlərdən qələbə

Xəbərlər
17 Aprel 2024 09:28
Azərbaycan çempionatında liderlərdən qələbə

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun 4 görüşü sülhlə yekunlaşıb.

Məhəmməd Muradlı Read Səmədova, Aydın Süleymanlı Misrətdin İsgəndərova, Vüqar Rəsulov Namiq Quliyevə, Ülvi Sadıxov Şiroğlan Talibova, Murad İbrahimli Allahverdi Həmidova, Xəqan Əhməd isə Orxan Abdulova qalib gəlib.

6 turdan sonra Məhəmməd Muradlı 5 xalla birinci yerdədir. 4,5 xalla Aydın Süleymanlı 2-ci pillədə qərarlaşıb. 3-cü olan Vüqar Rəsulovun 4 xalı var. 4-8-ci pillələrdə olan Misrəddin İsgəndərov, Vüqar Manafov, Read Səmədov, Xəzər Babazadə və Ülvi Sadıxov isə 3 xal toplayıb.

Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaq.

İdman.biz

Məqalədə: