Şahmat üzrə İddiaçılar Turnirində II tura yekun vurulub.
İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.
İlk turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölən Nicat bu dəfə qara fiqurlarla oynayıb. O, turnirdə ilk məğlubiyyətini alıb. Abasov oyunun 37-ci gedişində təslim olub.
Ümumiyyətlə II turda heç-heçə qeydə alınmayıb. İlk oyun günündə bütün matçları bərabərliklə bitmişdisə, bu dəfə cütlərin heç birində sülhə təsadüf olunmayıb.
İddiaçılar turniri
II tur, 5 aprel
Hikaru Nakamura - Vidit Santoş Qujrati – 0:1
Rameşbabu Praqnanandja - Dommaradju Qukeş – 0:1
Yan Nepomnyaşi - Alireza Firuzya – 1:0
Fabiano Karuana – Nicat Abasov – 1:0
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu Praqnanandja (Hindistan) – 0,5.
Qeyd edək ki, Abasov III turda Hikaru Nakamura ilə qarşılaşaq. Şahmatçımız bu dəfə ağ fiqurlarla mübarizə aparacaq.
---------
23:01
Bu gün şahmat üzrə İddiaçılar Turnirində II tura start veriləcək.
İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.
İlk turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölən Nicat bu dəfə qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
İddiaçılar turniri
II tur, 5 aprel
Hikaru Nakamura - Vidit Santoş Qujrati
Rameşbabu Praqnanandja - Dommaradju Qukeş
Yan Nepomnyaşi - Alireza Firuzya
Fabiano Karuana – Nicat Abasov
Xal durumu: Fabiano Karuana (ABŞ), Nicat Abasov (Azərbaycan), Alireza Firuzya (Fransa), Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan), Rameşbabu Praqnanandja (Hindistan), Yan Nepomnyaşi (FİDE), Hikaru Nakamura (ABŞ) – 0,5 xal.
Qeyd edək ki, Abasov III turda Hikaru Nakamura ilə qarşılaşaq. Şahmatçımız bu dəfə ağ fiqurlarla mübarizə aparacaq.
İdman.biz