Azərbaycan Gürcüstana uduzub - FOTO

Xəbərlər
29 Fevral 2024 10:24
140
Azərbaycan Gürcüstana uduzub - FOTO

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla növbəti yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 2-ci matçında qara fiqurlarla mübarizə aparıb.

Görüşün açılışında Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvolik olaraq ilk gedişi yerinə yetirib.

2-ci qarşılaşmada dörd partiya bərabərliklə yekunlaşıb. Bir partiyada Nino Baciaşvili şahmatçımız Ülviyyə Fətəliyevadan üstün olub.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Yekunda ümumi toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

İdman.biz

Məqalədə: