Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri müəyyənləşib

1 Aprel 2026 16:34
305
Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri müəyyənləşib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üzrə yeni reytinq siyahısını açıqlayıb.

İdman.Biz FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yüksək göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

40 yaşlı qrosmeyster 2715 xalla dünya reytinqində 27-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 2698 xalla 37-ci, Aydın Süleymanlı 2653 xalla 64-cü, Eltac Səfərli 2648 xalla 67-ci, Rauf Məmmədov isə 2636 xalla 87-ci sıradadır.

Qadın şahmatçılar arasında Ülviyyə Fətəliyeva 2431 xalla 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə 2374 xalla 64-cü, Gövhər Beydullayeva 2358 xalla 85-ci, Xanım Balacayeva isə 2350 xalla 92-ci yerdə qərarlaşıb.

Siyahıya yenə norveçli şahmatçı Magnus Carlsen (2840) başçılıq edir. ABŞ təmsilçiləri Hikaru Nakamura (2810) ikinci, Fabiano Caruana (2793) isə üçüncü pillədə yer alıblar.

İdman.Biz