Azərbaycan Şahmat Federasiyası yeni layihəyə start verib.
İdman.Biz xəbər verir ki, layihəyə əsasən, milli komandanın üzvləri eləcə də tanınmış şahmatçılar federasiyanın internet səhifəsi üzərindən “Ustad dərsləri”ndə iştirak edir.
“Ustad dərsi”ndə şahmatçılar müxtəlif partiyaları təhlil edəcək, karyeralarında ən çətin oyunlar barədə danışır.
“Ustad dərsi”nin növbəti buraxılışında milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva qonaq olub.
