Nicat Abasov Avropa çempionunu məğlub etdi - VİDEO

13 Fevral 2026 19:09
103
Nicat Abasov Avropa çempionunu məğlub etdi - VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, tay-brek günündə Nicat Abasov vacib qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Təcrübəli şahmatçı 14 yaşlılar arasında Avropa çempionu Xaqan Əhməd üzərində üstünlük əldə edib və mərhələ adlayıb.

Gənc istedad isə 1/8 finalda mübarizəni dayandırdığına görə məyusluq yaşayıb.

İdman.Biz