Günay Məmmədzadə “Dünya komandası”nın heyətində uduzmayıb

Xəbərlər
23 Dekabr 2023 14:52
145
Günay Məmmədzadə “Dünya komandası”nın heyətində uduzmayıb

Polşanın Vroslav şəhərində yerli şahmatçı qadınlardan ibarət yığma ilə “Dünya komandası” arasında keçirilən “Xoluy-Radzikovska Memorialı”ı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin liderlərindən olan Günay Məmmədzadə mübarizə aparıb.

“Dünya komandası”nın heyətində yer alan həmyerlimiz keçirdiyi oyunları məğlubiyyətsiz başa vurub. O, son turda beşinci lövhədə Polşa millisinin lideri Monika Soçko ilə də xalları yarı bölüb.

Qeyd edək ki, 5 turdan ibarət Memorialda ev sahibləri 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz