Azərbaycan Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasında təmsil olunub - FOTO

Xəbərlər
15 Dekabr 2025 17:42
88
Azərbaycan Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasında təmsil olunub - FOTO

Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, iclasda Qaziantepdə türkdilli ölkələr arasında baş tutan şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib. Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində təkliflər səsləndirilib və müzakirə olunub.

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının üzv federasiyaları növbəti illərdə aktiv fəalliyyət üçün geniş proqramın təsdiq olunacağını bildirib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib. İ.Qədimova eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.

İdman.Biz

Məqalədə: