Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” turnirində ilk məğlubiyyətini alıb.
İdman.Biz-in məlumatına görə, 11-ci turun oyunları çərçivəsində azərbaycanlı şahmatçı məşhur ukraynalı qrossmeyster Vasili İvançuka uduzub.
Beləliklə, 11-ci tura qədər turnir cədvəlinə təkbaşına liderlik edən Süleymanlı hazırda İvançukla birlikdə 2-3-cü yerləri bölüşür. Hər iki şahmatçının aktivində səkkiz xal var. Turnirə 8,5 xal toplamış ABŞ-li Endi Vudvort başçılıq edir. Yarımfinaldan əvvəlki turda Azərbaycan təmsilçisi fransalı Markandre Mauritsi ilə qarşılaşacaq.
Xatırladaq ki, “Challengers” turnirinin qalibi növbəti il Veyk-an-Zedə keçiriləcək əsas yarış - “Masters”də çıxış etmək hüququ qazanacaq.
