Üç yaşlı hindistanlı FIDE‑nin ən gənc üzvü olub - FOTO

Xəbərlər
5 Dekabr 2025 13:23
43
Üç yaşlı hindistanlı FIDE‑nin ən gənc üzvü olub - FOTO

Hindistanın Madhya-Pradeş ştatından olan üç yaşlı Sarvaqya Sinqx Kuşvaxa Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü kimi qeydə alınıb.

İdman.Biz xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlükdə rəsmi FIDE üzvlüyünə qəbul edilib.

Beləliklə, Sarvaqya həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlükdə FIDE üzvü olub.

S.Kuşvaxa ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurlu çıxışları ilə də fərqlənib və hazırda reytinqi 1572‑dir.

İdman.Biz