Dünya çempionatı: Bu gün Azərbaycanın şahmat millisi yarımfinalda Qazaxıstanla qarşılaşacaq

Xəbərlər
22 Noyabr 2025 10:00
26
Dünya çempionatı: Bu gün Azərbaycanın şahmat millisi yarımfinalda Qazaxıstanla qarşılaşacaq

Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, yığmalar iki oyun keçirəcəklər.

Yekunda qalib bəlli olmasa, sabah taybreykdə finala yüksələn tərəf müəyyənləşəcək.

Digər yarımfinal görüşündə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası Çinlə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

İdman.Biz