Monteneqroda keçiriləcək Avropa Şahmat Çempionatında ölkəmizi 47 şahmatçı təmsil edəcək

Xəbərlər
29 Oktyabr 2025 16:00
52
Monteneqroda keçiriləcək Avropa Şahmat Çempionatında ölkəmizi 47 şahmatçı təmsil edəcək

Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq.

Bu barədə İdman.Biz-ə Şahmat Fedrasiyasının mətbuat xidmətindən məlumat verilib.

9 turdan ibarət yarışda 8, 10, 12, 14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.

İdman.Biz