"Vüqar Həşimov Memorial-2023”: Aydın Süleymanlı rapid turnirində birinci yeri tutub

Xəbərlər
10 Dekabr 2023 18:49
164
"Vüqar Həşimov Memorial-2023”: Aydın Süleymanlı rapid turnirində birinci yeri tutub

Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinin üçüncü günündə növbəti matçlar keçirilib.

İdman.biz xəbər verir ki, yarışın reqlamentinə görə, rapid və blits turnirlərində toplanan xallar nəticəsində qalib müəyyənləşəcək.

Bu gün keçirilən 3 partiyada Aydın Süleymanlı daha yaxşı nəticə göstərib. O, 3 görüşün ikisində qələbə qazanıb və birində məğlub olub. Onun IX turda Arjun Eriqaisini məğlub etməsi həlledici olub. Bu, qələbə Aydına rapid turnirini 1-ci bitirmək şansı yaradıb.

9 turdan sonra Aydın Süleymanlı 11 xal toplayıb. Onu 10 xalla Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forest izləyiblər. Nicat Abbasov, Rauf Məmmədov 9, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Boris Gelfand 8, Riçard Rapport isə 7 xal qazanıb.

VII tur

Vidit Santoş (Hindistan) – Arjun Eriqaisi (Hindistan) - 0,5:0,5
Aydın Süleymanlı (Azərbaycan) – Nicat Abasov (Azərbaycan) - 1:0
Rauf Məmmədov (Azərbaycan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Boris Gelfand (İsrail) - 0:1
Yorden Van Forest (Niderland) - Riçard Rapport (Macarıstan) - 1:0

VIII tur
Arjun Eriqaisi (Hindistan) – Riçard Rapport (Macarıstan) - 1:0
Boris Gelfand (İsrail) – Yorden Van Forest (Niderland) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Nicat Abasov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Vidit Santoş (Hindistan) - Aydın Süleymanlı (Azərbaycan) - 1:0

IX tur
Aydın Süleymanlı (Azərbaycan) – Arjun Eriqaisi (Hindistan) - 1:0
Rauf Məmmədov (Azərbaycan) – Vidit Santoş (Hindistan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) – Nicat Abasov (Azərbaycan) - 0,5:0,5
Yorden Van Forest (Niderland) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Riçard Rapport (Macarıstan) - Boris Gelfand (İsrail) - 1:0

İdman.biz