Albaniyanın Durres şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında dünya çempionatına start veriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycanı mötəbər yarışda Rəvan Uğuzov, Nurtən Nuriyeva, Rüstəm Rüstəmov, Ayan Hüseynli, Paşam Əlizadə, Səadət Bəşirli, Lalə Hüseynova, Read Səmədov və Xaqan Əhməd təmsil edəcək.
11 turdan ibarət turnirdə ümumilikdə 84 ölkədən 720 şahmatçı mübarizə aparacaq.