Şahmat Federasiyası rəhbərliyi milli komanda ilə bir arada

Xəbərlər
2 Oktyabr 2025 09:43
34
Şahmat Federasiyası rəhbərliyi milli komanda ilə bir arada

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmat üzrə qadınlardan ibarət milli komandanın üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, bir neçə gün sonra Batumi şəhərində keçiriləcək komandalar arasında Avropa çempionatına hazırlıqla maraqlanan AŞF rəhbəri Azərbaycan millisinə uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov, milli komandanın kapitanı İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov iştirak edib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunublar.

Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.

İdman.biz