Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə "ustad dərsi" keçirilib.
Bu barədə İdman.biz-ə qurumdan məlumat verilib.
14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılar üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüblər.
Yarışlara hazırlıq barədə danışan Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib.
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Rauf Məmmədov Azərbaycan millisinin heyətində yer alıb.