Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan özbəkistanlı boksçu Lazizbek Mullajonovun dopinq testi müsbət çıxıb.
İdman.biz Sports.uz-a istinadən xəbər verir ki, Olimpiadada 92 kq-da qızıl medal qazanan idmançıda iyunun 11-də “World Boxing” üçün götürülən yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.
Bu, Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir. Boksçunun B nümunəsi də pozitiv olarsa, antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya ediləcək.
Qeyd edək ki, Mullajonov Paris-2024-də finalda Azərbaycan boksçusu Alfonso Dominqesə qalib gəlib.
İdman.biz