Avropa birinciliyində rekord vuran Azərbaycan millisi Vətənə qayıdıb

Xəbərlər
29 İyul 2025 10:44
46
Avropa birinciliyində rekord vuran Azərbaycan millisi Vətənə qayıdıb

Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində tarixi uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Boksçularımız Avropa birinciliyində 3 qızıl, 10 gümüş və 9 bürünc medala yiyələnib. Bu göstərici analoji yarışda komandamızın rekordu kimi tarixə düşüb.

Qeyd edək ki, millimiz Avropa birinciliyini komanda hesabında 2-ci yerdə başa vurub.

İdman.biz