Usikin karyerasındakı 5 məqam - Bakıdakı dünya çempionluğu 3-cü pillədə

Xəbərlər
13 İyul 2025 02:00
36
Usikin karyerasındakı 5 məqam - Bakıdakı dünya çempionluğu 3-cü pillədə

Ağır çəkidə 38 yaşlı keçmiş mütləq dünya çempionu, məğlubedliməz Oleksandr Usik peşəkar karyerasının 5 əsas məqamı açıqlayıb.

İdman.biz xəbər verir ki, ukraynalı boksçu 2011-ci ildə Bakıda keçirilən boks üzrə dünya çempionatını da siyahıya daxil edib.

O, məşhur DAZN kanalına verdiyi müsahibə bunları deyib: "Birinci məqam boksa başladığım gündür. Bu, 2002-ci ildə baş verdi. İkincisi - 2008-ci ildə Liverpulda keçirilən Avropa çempionatında qazandığım əhəmiyyətli qələbədir. Üçüncüsü isə 2011-ci ildə Bakıda təşkil olunan çempionada dünya çempionu titulunu qazanmağımdır. Dördüncü - London-2012 Yay Olimpiya Oyunlarında qazandığım qızıl medaldır. Beşinci məqam kimi 2024-cü ildə Ər-Riyadda ağır çəkidə mütləq dünya çempionu titulu qazanmağımı deyə bilərəm”.

Qeyd edək ki, Usik 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının finalında Azərbaycan yığmasının üzvü Teymur Məmmədova qalib gələrək, qızıl medala sahib olub.

İdman.biz