Azərbaycanlı boksçunun Dünya kubokunda rəqibi məlum olub - VİDEO

Xəbərlər
30 İyun 2025 03:00
40
Azərbaycanlı boksçunun Dünya kubokunda rəqibi məlum olub - VİDEO

2023-cü il Avropa Oyunlarının bürünc mükafatçısı Murad Allahverdiyev Qazaxıstanın paytaxtı Astanada Dünya kubokunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparacaq azərbaycanlı boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Oralbayla qarşılaşacaq.

İl ərzində bir neçə mərhələdə keçirilən Dünya kuboku reytinq yarışması hesab olunur. Hər çəki dərəcəsində qalibə 300 xal, gümüş medalçıya 200, bürünc medalçıya 150 xal verilir.

İdman.biz