"Bu gün bizim üçün növbəti idman bayramıdır".
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
O, növbəti boks mərkəzinin istifadəyə verilməsinin sevindirici məqam olduğunu bildirib: "Ümumilikdə bu zonada boks ənənələri var. Buradan dünya çempionu çıxıb. Düşünürəm ki, çempionların sayı daha da artacaq. Zalda həm qızlar, həm də oğlanlar məşq edirlər. Məhz buradan gələcəkdə ölkə çempionu və beynəlxalq arenada bizi layiqincə təmsil edəcək idmançılar çıxacaq".
Nazir bütün idman federasiyaları ilə sıx əməkdaşlıq etdiklərini də deyib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı göstərişləri var: "Təkcə boks deyil, digər idman növlərini də regionlarda inkişaf etdirib, yeni idman qurğuları inşa etdirmək istəyirik".
İdman.biz