AMADA Avropa birinciliyinin mükafatçıları olan boksçularımızı cəzalandırıb

Xəbərlər
3 İyun 2025 15:51
83
AMADA Avropa birinciliyinin mükafatçıları olan boksçularımızı cəzalandırıb

Azərbaycanın 2 boksçusu diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) açıqlayıb.

Bildirilib ki, Məsud Yusifzadə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə idmandan kənarlaşdırılıb. Ömər Aslanlı isə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay diskvalifikasiya olunub.

Qeyd edək ki, hər iki boksçu gənclər arasında Avropa birinciliyinin, və Azərbaycan çempionatının mükafatçısıdır. Onlar dünya birinciliklərində də millimizin şərəfini qoruyublar.

İdman.biz