Olimpiya çempionu əlcəzairli İman Xelif yeni məcburi genetik gender testindən keçənədək bütün yarışlardan uzaqlaşdırılacaq.
İdman.biz xəbər verir ki, bu barədə "World Boxing" məlumat yayıb.
Təşkilat kişilər və qadınlar arasında yarışacaq boksçuların uyğunluğunu müəyyən etmək üçün məcburi gender testləri tətbiq ediləcəyini bəyan edib.
Həvəskar boksu tənzimləyən beynəlxalq idman qurumu bildirib ki, İman Xelif iyunun 5-10-da keçiriləcək "Eindhoven Box Cup" turnirində qadınlar kateqoriyasında iştirakla bağlı yaranan narahatlıqlardan sonra gender testindən keçiriləcək.
İdman.biz