“Heydər Əliyev kuboku-2025”: Daha 10 boksçumuzdan qələbə - FOTO

Xəbərlər
19 May 2025 10:04
42
“Heydər Əliyev kuboku-2025”: Daha 10 boksçumuzdan qələbə - FOTO

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turniri davam edir.

İdman.biz xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə oğlanlar 1/4 final, qızlar 1/2 final döyüşlərinə çıxıblar.

Azərbaycan millisinin 10 boksçusu günü qələbə ilə başa vurublar. 8 oğlan boksçumuz yarımfinala, 2 qız idmançımız finala vəsiqə qazanıb.

Bakı Boks Mərkəzində keçirilən turnirin dördüncü günündə oğlanlar arasında 28, qızlarda 7 döyüş olacaq.

Oğlanlar
1/4 final
44 kq

Əli Ruşanov (Azərbaycan) – Nicat Abdullayev (Azərbaycan) – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28)
Həsrət Məmmədov (Azərbaycan) – Şotiko Sidamonidze (Gürcüstan) – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)
Həsən Sərdərli (Azərbaycan) – Abdulloh Nuraliyev (Özbəkistan-2) – 4:1 (30:27, 28:29, 30:27, 29:28, 29:28)

46 kq
Qardaş Rəhimov (Azərbaycan) – Şamil Nəcəfov (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

50 kq
Məhəmməd Rəsulov (Azərbaycan) – Oğuz Həsənov (Azərbaycan) – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29)

60 kq
Şahin Aslanov (Azərbaycan) – Temur Pavliaşvili (Gürcüstan) – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28)

66 kq
Nurlan Süleymanov (Azərbaycan) – Kirill Sorokovikov (Rusiya) – 4:1 (29:28, 30:27, 27:30, 29:28, 29:28)

70 kq
Şükar Əliyev (Azərbaycan) – Adil Zalov (Azərbaycan) – 1:4 (29:28, 28:29, 28:29, 27:30, 27:30)

Qızlar
1/2 final
48 kq

Arina Kmita (Belarus) – Gülər Hüseynova (Azərbaycan) – 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30)

52 kq
Viktoriya Dorofeyeva (Belarus) – Cəmilə Muradlı (Azərbaycan) – 0:5 (26:30, 26:30, 26:30, 25:30, 27:30)
Viktoriya Bişler (Qazaxıstan) – Zəhra Məmmədova (Azərbaycan) – 2:3 (28:29, 28:29, 30:27, 30:27, 28:29)

Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

İdman.biz