Boksçularımız “Strandja” turnirində 4 medal qazanıb - FOTO

Xəbərlər
3 Mart 2025 10:19
119
Boksçularımız “Strandja” turnirində 4 medal qazanıb - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən beynəlxalq “Strandja” turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

İdman.biz

Məqalədə: